Zakir Həsənov Özbəkistana gedir

HADİSƏ 10 okt 2018, 11:26

Özbəkistan paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.


Bu barədə Demokrat.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşəcək.


İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top