Binali Yıldırımdan Ermənistana SƏRT REAKSİYA

HADİSƏ 10 okt 2018, 00:14

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın ev sahibliyini həyata keçirən Antaliyadakı Avrasiya Məclis Başçılarının 3-cü Yığıncağında Ermənistan böhranı yaşanıb.

 

Demokrat.Az xəbər verir ki, Ermənistan Məclis sədrinin müavini Eduard Sharmazznovun sözlərinə TBMM sədri Binəli Yıldırım sərt reaksiya göstərib.

 

Eduard Sharmazznovun mətbuata qapalı iclasda qondarma "Erməni soyqırımı" və "Dağlıq Qarabağ"la bağlı açıqlamalar etdiyi öyrənilib.

 

Ardından mətbuata açıq edilən yığıncaqda ortaq bəyanatın oxunması əsnasında TBMM sədri Binali Yıldırım Ermənistan nümayəndəsi Sharmazzovu tənqid edib.

 

Ermənistan nümayəndəsinin şərhlərinin yığıncağın məqsədinə uyğun düşmədiyini dilə gətirən Yıldırım Ermənistan nümayəndəsinin bəzi iddialar ortaya atdığını qeyd edib.

 

TBMM sədri qlobal problemlərə həll axtarılan bölgədə və dünyada sabitliyin istənildiyi yığıncaqda həqiqətləri yanlış nəticələrə aparan şərhlərin qəbul edilməsinin mümkün olmadığını bildirib: "Ermənistan Türkiyə ilə əlaqələrini həqiqətən düzəltmək istəyirsə, bu axmaq soyqırımı iddialarına son verməlidir".

 

Yığıncaqda iştirak edən Azərbaycan Milli Məclisinin rəhbəri Oktay Əsədov da Ermənistanın davamlı Türkiyəni günahlandırdığını söyləyib.

 

26 il əvvəl Ermənistanın Xocalıda qırğın etdiyini qeyd edən Əsədov BMT-nin bu qırğını tanımasını, Ermənistanın gerçək olmayan iddialar irəli sürdüyünü də bildirib.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top