Gültəkin Hacıbəyli ilə Qurban Məmmədov qırğına çıxdı

SOSİAL 09 okt 2018, 20:53

Tanınmış vəkil, siyasətçi Qurban Məmmədovla Milli Şuranın rəhbərlərinin – Cəmil Həsənli və Gültəkin Hacıbəylinin arasında social şəbəkədə başlanmış qovğa davam edir.

Tərəflər bir-birinə qarşı sərt ittihamlar irəli sürür, bir-birini tənqid, bəzən isə təhqir edir.

Dünən Q.Məmmədov Gültəkin Hacıbəylinin paylaşdığı statusa şərh yazaraq, onun barıəsində yazdığı qeydlərə aydınlıq gətirməyə çalışıb: “Pensiya məsələsi, həqiqətən də, səhv olub. Mən aylıq gəlirlərinizi nəzərdə tutub Cəmil Həsənli ilə sizi qarışdırmışam. İkincisi, Bir anlaşılmazlığa görə, (Rafiq Manafovun statusundan xəbər tutdum) sizdən üzr istəyirəm. ALLAH (c.c) şahiddir ki, Rafiq deyənləri ürəyimdən, beynimdən belə keçirməmişəm. Üzr istəyirəm bir daha. Bu texniki xəta olub. İndicə düzəltdim. Siyasi mübarizəyə şəxsi münasibətləri qatmağı heç vaxt düzgün hesab etməmişəm, indi də bunun əleyhinəyəm. Siz mənə qızım və ya bacım kimisiniz. Uğurlar. Ümid edirəm ki, qarşılıqlı tənqidlərdən düzgün nəticə çıxaracağıq”.

Sonra Q.Məmmədov Rafiq Manafova ünvanlanan statusunu da öz şərhinə əlavə edib:

“Rafiq Manafov, tələsmə, sənin də növbən gələcək. Kimin Xasbulatov deyən “tras” variantı olduğunu xalq görəcək. Həyəcanlanma… Özünə gəl, toxda… O ki qaldı videonun əvvəlindəki Ə.Vahidin şerinə, o video iki saatlıq idi və həmin şer erməni generalı ilə söhbətin sönunda getmişdi və ölkənin düşdüyü duruma görə hakimiyyətdə olanlara ünvanlanmışdı. Sonradan burada mənə kömək edən tələbələr o videonu kəsib ayıranda, həmin şer dalbadal təkrarlandığına görə, birincini kəsiblər, təkrar olunduğunu bilmədikləri üçün videonun qalan hissəsini olduğu kimi saxlayıblar deyə, siz deyən təəssürat yaranıb. Əvvəla, sizə minnətdaram ki, bu barədə yazdınız, mən də bildirm. İkincisi, belə bir anlaşılmazlığa görə Gültəkin xanımdan üzr istəyirəm. Üçüncüsü isə, bu adi texniki xətanı belə başa düşüb Gültəkin xanıma aid etdiyinizə görə sizə ayıb olsun. Bunu mənə elə həmin gün xatırlada, iradınızı bildirə bilərdiniz. Mənim ünvanıma səsləndirdiyin hədyanlara görə isə, səni doğru yola hidayət etməsi üçün, sənin inanmadığın, tez-tez lağa qoyduğun Allaha dua etməkdən başqa əlimdən heç nə gəlmir. “Gözləyin… Biz də gözləyənlərdənik..” (Qurani Kərim).”

Buna cavab olaraq Gültəkin Hacıbəyli aşağıdakıları yazıb:

“Qurban, nə qədər riyakar adamsınız! İndi mənə “Gültəkin xanım” deyə müraciət edirsiniz, ancaq 30 minlik auditoriya qarşısında “Gültəkin” deyə guya aşağılayırsınız, əslində özünüzü gözdən salırsınız! Tərbiyəsi olan kişi ziyalı bir qadına, müəllimə, elm adamına adı ilə müraciət edə bilərmi?! Hünəriniz çatır çıxın efirdən “Mehriban, Bahar” deyə müraciət edin! Sizə bu tərbiyəni kim verib?! Mən o parlamentdə olan zaman az qala ölkənin bütün rəhbərliyi üzümə deyirdi ki, bu parlamentdə 2-3 nəfər əxlaqlı, ləyaqətli qadın varsa biri sizsiniz, mənim savadıma-səviyyəmə bələd ola-ola utanmırsınız o tərbiyəsizliyi edirsiniz mənə qarşı?! Mən deputat seçiləndə 27 yaşım vardı, iki ali fəqlənmə, bir aspirantura diplomum vardı, beş dildə danışırdım. Parlamentdə ikinci elə adam var?! Bütün ölkə bilir ki, məni AŞPA-da üz ağartmaq, ermənilərin qarşısına çıxmaq üçün seçmişdilər, siz bilmirsiniz?! Videolarla əxlaqı, mənəviyyatı ortada olanlara, deputatların sayıb salmını almadıqlarına siz “anam-bacım” deyirdiniz axı, nə oldu, onların haralardan keçib seçilməyi sizi maraqlandırmır?! Utanmırsınız, 8 ildir xidmətçisi olduqlarınız məni lupa ilə axtarır, üzərimə toz qondura bilmir, siz məni şərləyə biləcəksiniz?”.

Daha sonra o, Qurban Məmmədovun müxtəlif vaxtlarda hakimiyyətdə təmsil olunan yüksək səlahiyyətli şəxslərə yaltaqlandığını qeyd edərək yazb: “….yalvarıb vəzifə istəyən siz, İlham Əliyevin AŞPA komandasının üzvü ola-ola, vəkil təyin olunduğum halda onun haqqında bir çıxış etməyimə görə məni təhqir edirsiniz?! Ölkəni mən talamışam?! Günahsız insanları mən şərləyib tutdurmuşam?!İqtidarda ya müxalifətdə olmaq ayıb deyil, ayıb müxalifətdə olub iqtidara satılmaqdır, onlara yaltaqlanmaqdır, sizin kimi. 30 minlik auditoriya qarşısında bir qadını təhqir et, aşağıla, böhtan at, videoların hamısını kanalında saxla, sonra bir şərhlə üzr istə, keçsin?! Yox, belə olmur! Mənə birbaşa və ya dolayısı ilə dediyiniz bütün fikirləri ailənizin bütün qadın üzvlərinə ərməğan edirəm! Yeri gəlmişkən, mənim aylıq gəlirlərimi haradan bilirsiniz?!”

Daha sonra G.Hacıbəyli yazır: “Amma etiraf edim ki, nə müxalifətçiliyi, nə bloqqerliyi bacarmasanız da işverənliyi çox yaxşı bacarırsınız. Bu münasibətlə sizi təbrik edirəm! Mənə böhtan atıb 30 minlik auditoriya qarşısında özünüzü yırtırdınız ki, mən deputat pensiyası alıram, beynini yuduğunuz zombilər də şərhlərdə məni sizin böhtanlarınızla ittiham edir. Vicdanın özü yox, kölgəsi varsa üstünüzdə çıxın bir ay “Dələduzluğa görə parlament fəaliyyətinə son qoyulan Gülər necə deputat pensiyası alır? mövzusunda “camaatın gözünü açın”. Axı məndən fərqli olaraq gerçəkdən o pensiyanı alır”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top