Ovlanmasına icazə verilən BALIQ NÖVLƏRİ

MARAQLI 09 okt 2018, 12:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili şirin su hövzələrində-çaylar, göllər, su anbarları və kanallarda ovlanmasına icazə verilən balıq növlərinin adlarını açıqlayıb. 


Nazirliyin mətbuat xidmətindən Demokrat.Az-a verilən məlumata görə, balıqçılar kilkə, siyənək, kеfal, çapaq, külmə, çəki, xəşəm, sıf, kütüm balıqlarını ovlaya bilərlər. 


Bundan əlavə, şamayı, qarasol, daban, naxa, xərçəngkimilərin də ovlanmasına qadağa qoyulmayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top