Həbibi Dağıstanda belə qarşıladılar - VİDEO

İDMAN 09 okt 2018, 12:08

Dağıstanda idmançı Həbib Nurməhəmmədovu 15 minədək insan qarşılayıb. 

 

Kaspiysk şəhərinin “Anji-Arena” stadionunda keçirilən mərasim zamanı fanatlar gözlənilmədən meydançaya doğru qaçmağa başlayıblar.

 

Lakin idmançının atası Abdulmanap Nurməhəmmədovun çağırışı onların əksəriyyətini geri tribunaya qayıtmağa vadar edib.

 

Həbib isə çıxışı zamanı Konor Makqreqorla döyüş barədə fikirlərini açıqlayıb.

 

“Hər gün Tanrıdan istəyim o idi ki, zədələr olmasın. Bu axmağı susdurmaq, yani onun xalqı ilə xalqımız arasındakı fərqi göstərmək istəyirdim. Bizi heç nə sındıra bilməz, xalqımızın böyük tarixi var”, - deyə o vurğulayıb.(oxu.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top