Makqreqor Nurməhəmmədovu revanşa çağırdı

İDMAN 07 okt 2018, 15:47

İrlandiyalı idmançı Konor Makqreqor məğlubiyyətinin əvəzini çıxmaq üçün rusiyalı rəqibi Həbib Nurməhəmmədovu revanşa dəvət edib.

 

Qaynarinfo xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Makqreqor Nurməhəmmədin zərbəsinin də yaxşı olduğunu qeyd edib:

 

"Yaxşı zərbə idi. Təkrar döyüşü səbirsizliklə gözləyirəm", - deyə o, bildrib.

 

Qeyd edək ki, ABŞ-ın Las Veqas şəhərində "UFC 229" çərçivəsində baş tutun döyüşdə Nurməhəmməd rəqibini 4-cü raundda boğma fəndi ilə təslim olmağa vadar edərək, məğlub edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top