Çarəsiz Makqreqor təslim oldu - VİDEO

İDMAN 07 okt 2018, 09:24

Rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib.

 

“Demokrat.Az xəbər verir ki, hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar. Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

 

Beləliklə, Nurməhəmmədov yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

 

Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra, rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub.

 

Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.

 

Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb. Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top