"Azərbaycanda müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır" — Hadi Rəcəbli

SOSİAL 06 okt 2018, 18:57

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” münasibətilə bu şərəfli peşə sahiblərini təbrik edib.


"Ölkə.Az" xəbər verir ki, Komitə sədri təbrikində müəllimlərə ən xoş arzularını bildirib.


Hadi Rəcəbli təbrikində qeyd edir ki, müəllim bütün zamanlarda öz təlim-tərbiyyə simvolu, elm mənbəyi olub yüksək insani və əməli keyfiyyətləri ilə həmişə seçilib:


"Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır. Müəllim əməyinin nəticəsidir ki, cəmiyyət inkişaf edir, savadlı, bilikli, geniş dünyagörüşlü, insanlar yetişir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş fikirlər səsləndirib. O, müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında iftixar hissi və sevinclə danışardı. Ümummilli lider Heydər Əliyev daim onların rifah halının yaxşılaşdırılması qayğısına qalıb. Bu ənənələr bu gün də davam edir, geniş çalarla daha geniş vüsət alır. Biz yaxşı bilirik ki, hər bir vətəndaşın layiqli azərbaycanlı kimi yetişməsində müəllimlərimizin əməyi əvəzolunmaz və danılmazdır. Fürsətdən istifadə edib, müəllimləri bir daha bu ali bayram münasibətilə təbrik edir, can sağlığı diləyir və fəaliyyətlərində uğurlar arzu edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top