“Ermənistana investisiya qoyuluşu azala bilər, səbəb...” -Deputat

SİYASƏT 06 okt 2018, 17:55

Ermənistan mətbuatında bu ölkədə yaşanan daxili qarşıdurma və gərginliyin iqtisadi inkişafa mənfi mənada təsir göstərdiyi ilə bağlı yayılan informasiyaların sayı artmaqdadır. Bəzi erməni ekspertlərinin sözlərinə görə, mövcud gərginlik Ermənistana investisiya yolunda başlıca maneəyə çevrilib.

Bəs Ermənistandakı mövcud gərginlik əcnəbi investorların bu ölkəni tərk etməsinə səbəb ola bilərmi?

Millət vəkili Vahid Əhmədov xarici investorların indiki şərtlər altında Ermənistana maraq göstərməsinin mümkünsüz olduğunu vurğuladı:

“Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda yeni problemlər meydana çıxıb. Investorlar isə o yerə sərmayə qoyurlar ki, orada sabitlik olsun. Onlar arxayın olsunlar ki, qoyduqları sərmayəni heç bir təhlükə gözləmir. Hazırda isə Ermənistanda ciddi problemlər yaşanmaqdadır. Odur ki, ola bilsin ki, xarici investorlar öz investisiyalarını müvəqqəti də olsa geri çəksinlər. Çünki qarşıda parlament seçkiləri gözlənilir. Paşinyanla Sərkisyan-Koçaryan bloku arasında seçkilərin tarixi ilə bağlı ziddiyyətlər var. Müxtəlif xarici ölkələrin də Ermənistanda öz maraqları mövcuddur və bu səbəbdən də müəyyən təzyiqlər göstərir. Belə bir ortamda heç bir investor bura sərmayə qoymaz. Mən demirəm ki, onlar Ermənistandakı sərmayələri tam çıxardacaqlar. Amma bu sərmayələri dondurmaları, investisiya qoyuluşunu azaltmaları mümkündür. Bu, baş verə bilər”. (Moderator.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top