Azərbaycanlılar sərhədçiləri rüşvətlə ələ almağa çalışdılar

HADİSƏ 06 okt 2018, 13:47

Ötən gün Ukraynaya 1985 və 1995-ci ili təvəllüdlü iki Azərbaycan vətəndaşı gedib.

Oxu.Az-ın Ukrayna KİV-ə istinadən məlumatına görə, “Qoptovka” keçid məntəqəsində gömrük nəzarəti zamanı onların Ukraynaya girişinin qadağan olunduğu məlum olub.

Azərbaycan vətəndaşları sərhədi keçmək üçün sərhədçilərə 200 ABŞ dolları təklif ediblər.

Sərhədçilər puldan imtina edib və rüşvət təklifi ilə bağlı protokol rəsmiləşdiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top