Hacıbala Abutalıbova vəzifə verildi

SOSİAL 06 okt 2018, 11:15

Baş nazir Novruz Məmmədov“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.

Demokrat.Az xəbər verir ki, dəyişikliyə görə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın sədri” bölməsində “Abid Şərifov” sözləri “Hacıbala Abutalıbov” sözləri ilə və “Komissiyanın üzvləri” bölməsində “Ceyhun Bayramov” sözləri “Firudin Qurbanov” sözləri ilə əvəz edilsin”.

Bu qərarla baş nazirin müavini H. Abutalıbov Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top