Göygöldə fəhlələr aşan yük maşınının altında qaldı: - 2 ölü, 2 yaralı

HADİSƏ 06 oktyabr 2018, 09:59

Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.

 

İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində 2 nəfər avtomobilin altında qalaraq ölüb. Daha 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

 

Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top