Çempionlar Liqasında həftənin "ən yaxşı oyunçusu" müəyyənləşdi

İDMAN 06 okt 2018, 00:16

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adı açıqlayıb.

 

Demokrat.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  azarkeşlər arasında aparılan sorğuya əsasən, "Barselona”nın  kapitanı Lionel Messi hamını qabaqlayıb.

 

Argentinalı hücumçu 2-ci turda "Tottenhem”lə görüşdə (4:2) dubl edib.

 

Qeyd edək ki, Messi ilk turun da ən yaxşı oyunçusu seçilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top