Allahşükür Paşazadə 200 cütlüyün nikah mərasiminə qatıldı - Çeçenistanda (FOTOLAR)

HADİSƏ 05 okt 2018, 23:01

Bu gün oktyabrın 5-də Çeçenistanın paytaxtı Qroznı şəhərinin 200 illiyi təntənə ilə qeyd edilib.  Müxtəlif tədbirlərlə zəngin olan bu şənliyin zirvəsi 200 gənc oğlan və qızların nikah mərasimi olub. Qroznının Çiçəkli parkında 200 cütlüyün nikahı qeyd edilib. 


Qeyd edək ki, bayram şənliyi 5 oktyabrda 42 yaşı tamam olan  Çeçenistanın başçısı Ramzan Kadırovun doğum günü ilə üst-üstə düşüb. 

 

Onu da qeyd edək ki, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə və millət vəkili Cavanşir Paşazadə də həmin təntənəli mərasimdə iştirak ediblər./Moderator.Az/

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top