"Azərbaycanda Pentaqonun nəzarətində olan laboratoriya yoxdur" — Müdafiə Nazirliyi

SİYASƏT 05 okt 2018, 21:58

Azərbaycan ərazisində başqa dövlətin nəzarətində olan hər hansı laboratoriya yoxdur.

 

Demokrat.Az xəbər verir ki, bu barədə Turan-a Azərbaycan Müdafiə Nazirliyindən Ukrayna, Azərbaycan və Özbəkistanda Pentaqonun nəzarətində olan bioloji laboratoriyaların rekonstruksiyasının davam etməsi ilə bağlı RF hərbi idarəsinin nümayəndəsi İqor Kirillovun bəyanatını şərh edərkən bildiriblər.

 

"Azərbaycan ərazisində başqa dövlətin nəzarətində olan hər hansı laboratoriyası mövcud deyil. Odur ki, onların rekonstruksiyasından söhbət gedə bilməz", - Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

 

Qeyd edək ki, RF hərbi dairələrinin nümayəndələri bildirirlər ki, ABŞ bioloji silah işləmləri həyata keçirir və bəzi postsovet məkanı ölkələrindəki laboratoriyalarnda insanlar üzərində təcrübə aparır. Rusiyalı hərbçilər Azərbaycanda 8 belə laboratoriyanın olduğunu bildirirlər.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top