Azərbaycanda bu məktəbdə ilanlar gəzir - VİDEO

SOSİAL 05 okt 2018, 21:13

Müəllimlər günü ilə əlaqədar Sabirabad rayonunun Türkədi kənd sakinləri təhsil naziri Ceyhun Bayramov və ölkə başçısına müraciət ediblər.

 

Demokrat.Az unikal.org-a istinadən xəbər verir ki, Rayon sakinləri bildiriblər ki, adıçəkilən kənddə yerləşən məktəb qəzalı vəziyyətdədir.

 

Valideynlər övladlarını uçmaq təhlükəsi ilə üz-üzə qalan məktəbə göndərməyə qorxduğunu dilə gətiriblər. Hətta diqqətə çatdırılıb ki, məktəb ilanlarla doludur.

 

Ailələr övladlarının yaxşı təhsil alması üçün yeni məktəb binasının tikilməsini xahiş edirlər. Valideynlərin bildirdiyinə görə, uşaqlar bu məktəbdə virusa yoluxub, xəstələnirlər.

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top