Bakı metrosunda qatarda nasazlıq aşkarlandı – İntervalda gecikmələr oldu

HADİSƏ 05 okt 2018, 18:37

Bakı metrosunda qatarda problem yaranıb.

Demokrat.Az xəbərt verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, metronun “Qara Qarayev” stansiyasında qatarların birində nasazlıq yaranıb:

“7-8 dəqiqə ərzində maşinist vəziyyətdən çıxa bilib. Sərnişinlər stansiyada düşürülüb və qatar depoya göndərilib. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaransa da, hazırda interval bərpa olunub. Qatarların hərəkətində problem yoxdur”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top