"Feysbuk hesabımı özüm idarə edirəm" — Dövlət Miqrasiya Xidmətinin rəisindən SƏMİMİ AÇIQLAMA

MARAQLI 05 okt 2018, 15:27

"Feysbuk hesabımı özüm idarə edirəm. Ola bilər ki, müəyyən mesajlara, şərhlərə cavab gecikə bilər. Amma mümkün olduğu qədər bütün müraciət və məktubları oxuyuram”.


Demokrat.Az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "ASAN Radio"nun efirində deyib:


V.Hüseynov sosial şəbəkələrdəki fəallığının indi qismən azaldığını da söyləyib:


"Amma ümumən, millət vəkili olduğum dönəmdə də, hər hansı məlumatları və yenilikləri paylaşıram. İndi də imkan olduqca, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı məlumatlanmanı artırmaq üçün sosial şəbəkədən istifadə edirəm. Çünki orda müəyyən izləyici kütləm formalaşıb. Hesab edirəm ki, bu, çox effektiv metoddur. Orada yer alan sualları da cavablandırırıq. Vətəndaşlar hər hansı narahatlıqlarını, təkliflərini birbaşa göndərə də bilirlər. Bu baxımdan səmərəsini hiss edirəm. Əgər müraciət bizim xidmətin fəaliyyəti ilə bağlıdırsa, bizim əməkdaşlara yönləndirəm və çalışıram cavabsız qalmasın. Cavablandırmadığım müraciətlərə görə də dinləyicilərdən üzr istəyirəm. Qətiyyən bunu diqqətsizlik hesab etməsinlər, iş yükü ilə bağlı məsələdir”.


Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top