“İctimai nəqliyyatı tənzimləyən özəl şirkətlər məsuliyyətə cəlb olunmalıdır” — Deputatdan ÇAĞIRIŞ

SOSİAL 05 okt 2018, 13:31

"Bir neçə gün əvvəl Binə qəsəbəsində avtobus qəza edərək iki nəfərin həyatına son qoyub. Sürücünün öz cəzasını alacağına şübhə yoxdur".


Demokrat.Az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib. 


O, təəssüflə qeyd edib ki, belə sürücüləri işə qəbul edən və ictimai nəqliyyatı tənzimləyən özəl şirkətlərə cəza verilmir:


“Onlar məsuliyyətə cəlb olunmur. Bəzi avtobuslarda gediş haqqı kartla olduğu halda digərlərində bu tətbiq olunmur. Bu da ciddi problemdir. Mən, Əli Hüseynlidən xahiş edirəm ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən və onlar üzərində nəzarəti həyata keçirə bilməyən özəl şirkətlərin cəzalandırılması və məsiliyyətə cəlb olunması üçün İnzibati Xətalar və Cinayət Məcəlləsinə əlavələr edilməsini nəzərə alsın”.


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top