Ağdam sakini Məsut Özillə fotosu olan pişiyi satışa çıxardı — FOTOLAR

MARAQLI 05 okt 2018, 12:52

İki gün öncə Bakı Olimpiya stadionunda Londonun "Arsenal" komandasının oyunçularının diqqətini çəkən pişik satılır.


"Ölkə.Az"-ın məlumatına görə, bununla bağlı Gülövsər adlı Ağdam sakini elan yerləşdirib:


""Arsenal" futbolçularının əlləriylə verdiyi yeməyi yeyən pişik satılır. Futbol oynamağı bacarır. Pişik hazırda Ağdamdadır".


Sözügedən şəxs pişiyə 42.50 manat qiymət qoyub. 


Qeyd edək ki, sözügedən pişiyin fotosu London təmsilçisinin sosial şəbəkədəki rəsmi hesablarında da paylaşılmışdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top