“Qarabağ münaqişəsi mitinqlə həll ediləsi deyil” - Siyavuş Novruzov

SİYASƏT 05 okt 2018, 12:34

"Heç bir qurum və cəmiyyəti təmsil etməyən şəxslər Dağlıq Qarabağ adı altında aksiya keçirirlər. İnsanlar onların ideyalarını dəstəkləmir. Onlar Azərbaycanın əsas problemi ilə bağlı məsələni ortaya atmaqla həm erməni dərmanına su tökürlər, həm də cəmiyyətdə anlaşılmazlıq yaradırlar".


Demokrat.Az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib. 


O, bildirib ki, Azərbaycan prezident danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü prinsipial məsələ olaraq ortaya qoyub:


“Prezident keçirdiyi görüşlərdə, beynəlxalq qurumlarla apardığı danışıqlarda nəinki Dağlıq Qarabağ, eləcədə caxtı ilə ermənilərə verilən ərazilərin Azərbaycanın olması, azərbaycanlıların oradan qovulmasını diqqəti çatdırır. Cəmiyyət də öz prezidentini dəstəkləyir. Prezident ictimaiyyət qarşısında daima hesabat verir. İstər Bakıda keçirilən fotrumlarda, istərsə də regionlara səfəri zamanı xalqla görüşlərdə bu haqda məlumat verir. Məhz bu səbəbdəndir ki, seçkilərdə xalqımız prezidentdə səlahiyyət verib ki, bu işlərlə məşğul olsun, danışıqlar aparsın”. 


Novruzov əlavə edib ki, 1990-ci ildən qalma insanlar iddia edirlər ki, mitinqi keçiririk prezidentə təzyiqlərin qarşısını alırlar:


“Bu nə düşüncədir? Prezident Qarabağ məsələsin ən kəskin mövqe tutur. Burada prezidentə hansı təzyiqdən söhbət gedə bilər? Qarabağ Azərbaycanındır. Azərbaycan həm danışıqlarda tutduğu mövqe, həm də ordunun gücləndirilməsində bu məsələnin istənilən variantına hazırlığını sübut edib. Bu il keçirilən iki parad buna bir nümunədir”.


Komitə sədri əlavə edib ki, mitinq keçirənlər indi də bir milyondan artıq qaçqınlara mənəvi terror edir, o bölgədən olan insanlara “siz niyə mitinqə gəlmirsiniz” kimi ifadələr işlədir. Bunlar qəbuledilməzdir. Qarabağ hər bir azərbaycanlınındır. Heç kimin səlahiyyəti yoxdur ki, qaçqınları təhdid etsin, aşağılasın. Qaçqınlara qarşı belə ifadələr işlətmək onları aşağılamaqdır. Qarabağ münaqişəsi futbol meydanında keçirilən mitinqlə həll ediləsi deyil. Bu prezidentin rəhbərliyi, beynəlxalq hüquq çərçivəsində və Azərbaycan qanunları əsasında sülh və ya hərb yolu ilə azad ediləcək. Görək bu çağırışı edən şəxslərin övladları gəlib bu prosesdə iştirak edəcəkmi? Onlar bulanıq suda balıq tutmaq istəyirlər. Onlar üçün əsas şərt Azərbayacnın ərazi bütövlüyü deyil, oyunbazlıqdır. Qaçqınlar onları boykot edib. Çünki onların fəaliyyətinə görə, qaçqın düşüblər. Oyunbazlar gedib öz işləri ilə məşğul olsunlar”.


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top