"İrandan neft alışını dayandırırıq" - Vahid Ələkbərov

İQTİSADİYYAT 05 okt 2018, 15:04

Rusiyanın neft şirkəti "LUkoil"in prezidenti Vahid Ələkbərov paytaxt Moskvada ABŞ tərəfindən noyabrdan etibarən İrana tətbiq olunacaq sanksiyaları dəyərləndirib.


İrana qarşı sanksiyalarla bağlı şirkət daxilində danışıqların getdiyinə işarə edən V. Ələkbərov bildirib ki, vəziyyətin dəqiqləşməsi üçün noyabrdan sonra yaşanacaq hadisələr izlənilir.


"LUkoil"in beynəlxalq şirkət olduğunu vurğulayan V. Ələkbərov əlavə edib ki, sanksiyalarla bağlı risklər böyükdür: "Hər hansı məhdudiyyətləri pozmayacağıq. İrandan neft alışını dayandırırıq".


Qeyd edək ki, dünyanın ən böyük neft və qaz şirkətlərindən biri olan Lukoil qlobal neft hasilatının təxminən 2%-ni təşkil edir.


Qeyd edək ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların noyabrın 5-dən qüvvəyə minəcəyi gözlənilir. (Finans.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top