"Qarabağ" yaxşı oyun nümayiş etdirdi" - "Arsenal"ın baş məşqçisi

İDMAN 05 okt 2018, 08:43

"Bu gün səfərdə güclü rəqibə qarşı oynayırdıq. Birinci hissədə kifayət qədər əzab-əziyyət çəkdik. Meydan sahibləri yaxşı oyun nümayiş etdirdi, bizə çətinlik yaratdılar”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Arsenal”ın baş məşqçisi Unai Emeri Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”a səfərdə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

 

İspaniyalı mütəxəssis “Arsenal”ın gənclər komandasından əsas heyətə cəlb edilən Smit Rounun qol vurmasını şərh edib:

- Hər oyunçu hiss etməlidir ki, ona şans verilir. Oyundan sonra ona daha ambisiyalı çıxış edəcəyi təqdirdə, növbəti bir neçə qol vəziyyəti yarada biləcəyini söylədim.

- Smit Ronun seçilməsinin əsas səbəbi nədir?

- Bütün keyfiyyətləri. Əsas məsələ onun yanaşmasıdır. Hər zaman diqqətlə qulaq asır, analizləri dinləyir. Kubok matçında onun 3 yaxşı hərəkəti olmuşdu.

- “Qarabağ” sizi nə ilə təəccübləndirdi?

- “Qarabağ”ın fərqli oyunlarını təhlil etmişdik. Əsasən də “Şerif” və “Sportinq”lə görüşlərinə baxmışdıq. Bu komanda ötən mövsüm Çempionlar Liqasında “Atletiko” kimi komandaya uduzmayıb. Biz də öz növbəmizdə rəqibin üstün cəhətlərini göstərməsinə imkan verməməyə çalışdıq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top