"Qarabağ" "Arsenal"a böyük hesabla uduzdu - YENİLƏNİB

İDMAN 04 okt 2018, 22:48

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal"la qarşılaşıb.

 

Demokrat.Az-ın məlumatına görə, London klubu ilə keçən çətin oyundan təmsilçimiz 0-3 hesablı məğlubiyyətlə ayrılıb. Hərçənd, "Qarabağ" adllı-sanlı rəqibini bir neçə dəfə məyus etmək imkanı olub. Xüsusilə, ilk hissədə futbolçularımızın zərbələrini "topçular"ın almaniyalı qapıçısı dəf etməyi bacarıb.


Beləliklə, iki turdan sonra Ağdam klubu 0 xalla sonuncu pillədə qərarlaşıb. "Arsenal" isə maksimum nəticə ilə qrup birincisidir (6 xal).

 

Avropa Liqası 

Qrup mərhələsi

II TUR

"QARABAĞ" (AZƏRBAYCAN) 0 - 3 "ARSENAL" (İNGİLTƏRƏ)

Qollar:  Sokratis Papastatopulos, 4; Emil Smit-Rou, 53; Matteo Günduzi, 80.

Bakı Olimpiya stadionu.

 

“Qarabağ: 13. Vaqner Da Silva, 55. Bədavi Hüseynov, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli,  5. Maksim Medvedev, 2. Qara Qarayev , 8. Miçel,  17. Abdullah Zubir, 19. Filip Ozobiç,  11. Mahir Mədətov 7. İnnosent Emeqara

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev

 

“Arsenal”: 19. Bern Leno, 31. Sead Kolaşinaç, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq,  18. Naço Monreal, 29. Matteo Günduzi, 55. Emil Smit-Rou, 17. Aleks İvobi,  23. Denni Uelbek

Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Mesut Özil, 11. Lukas Torreyra, 20 Şkodran Mustafi, 34. Qranit Caka.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top