Qüdrət Həsənquliyev Şeyxin müdafiəsinə qalxdı: "O, buna imkan verməzdi..."

SOSİAL 04 okt 2018, 17:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev mətbuata açıqlamasında Quranın Azərbaycan dilinə tərcüməsi ilə bağlı qalmaqala səbəb olan fikirlər səsləndirib. R.Əliyev çıxışında Şexülislam haqqında da cəmiyyətdə birmənalı qarşılanmayan fikirlər səsləndirib: “Mən yüz faiz bilirəm ki, Şeyxülislam o tərcümə ilə məşğul ola bilməz. Şeyxülislamın ərəb dilində o qədər biliyi yoxdur və ərəb tarixində o qədər səriştəsi yoxdur. Şeyxülislam öz işlərini daha yaxşı bilir”.
 
Moderator.az -a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev məsələyə münasibət bildirərək Şeyxülislamı müdafiə edib:   
 
“Şeyxülislamın hörmətdən salınmasına yönələn istənilən fəaliyyəti pisləyirəm. Ziya Bünyadov, Vasim Məmmədəliyev kimi tanınmış alimlər heç vaxt başqasının zəhmətini mənimsəməz, Şeyx həzrətləri buna imkan verməzdi. Əgər belə bir hadisə baş vermişdisə, zamanında ictimaiyyətə məlumat verilməli idi. Dürüst davranış bu olardı. Tərcüməni edən Taryel Həsənov niyə susub?! Ona görə də xalq arasında belə bir məsəl var, “Daldan atılan daş topuğa dəyər”. Hər kəs tanınmış və hörmətli şəxslər haqqında danışanda diqqətli olmalıdır. Əgər kimsə düşünə bilmirsə ki, hətta o da mümkündür ki, eyni işi eyni vaxtda müxtəlif adamlar görə bilər, vay o, zavallının halına. Ortaya ciddi sübutlar qoymadan belə iddialarla özünü ziyalı hesab edən adamın çıxış etməsi sadəcə rəzalətdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top