Adnan Oktarın villası sökülür

DÜNYA 04 okt 2018, 11:34

İstanbul bələdiyyəsinin aidiyyəti qurumları Adnan Oktarın villasını sökməyə başlayıb.


 
BakuPost yerli mətbuata istinadən xəbər verir ki, villanın sökülməsinə dair qərarın icrasına bu gün səhər saatlarından başlanılıb.

 

Qeyd edək ki, daha öncə, A.Oktarın bütün əmlakı müsadirə olunması barədə qərar çıxarılıb.

 

Xatırladaq ki, A.Oktar və onun 235 tərəfdarı iyul ayında həbs olunub. O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top