Sabah bu ərazilərdə su olmayacaq

SOSİAL 03 okt 2018, 21:22

Sabah Bakının Xətai rayonunun bir hissəsində suyun verilişində fasilə yaranacaq.


Bu barədə Demokrat.Az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, Bakı şəhərinin Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, oktyabrın 4-ü gün ərzində Xətai rayonunun A.İsmayılov, N.Əliyev və S.Vəzirov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top