Azərbaycanda erməniləri pulsuz əməliyyat etməyə başladılar - VİDEO

HADİSƏ 03 okt 2018, 17:40

Hələ yaz aylarından Qarabağa gəlməyi planlaşdıran bir qrup Amerikalı həkim beynəlxalq qanunları pozaraq Azərbaycanın işğal altındakı ərazilərinə soxulub.


Demokrat.Az moderator.az-a istinadla xəbər verir ki, bu haqda ingiliscə nəşr olunan separatçı erməni saytlarından biri xəbər yayıb. 


ABŞ vətəndaşı olan və əksəriyyəti erməni həkimlər Ümumerməni "Hayastan” fondu və ABŞ-ın Kaliforniya ştatındakı "Adventist Health Glendale” ("Adventist Sağlamlığı- Qlendeyl”) aparıcı tibbi mərkəzinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Xankəndinə gəliblər. Onlar erməni tibb əməkdaşlarına pulsuz imtahan və məşğələlər keçir, eləcə də hədsiz ehtiyacı olan xəstə erməniləri pulsuz əməliyyat edirlər. 


Sentyabrın 30-dan başlanan kampaniya oktyabrın 4-dək davam edəcək. Amerikalı həkimlər Xankəndindəki tibbi mərkəzdə ümumi və damar cərrahiyyəsi, oftalmologiya(katarakta), travmatologiya, ortopediya, diz və çiyin cərahiyyəs, ginekologiya və s. sahələrdə əməliyyat aparacaqlar.


P.S. Diqqət çəkən məqamlardan biri də Azərbaycan torpaqlarındakı ermənilərin pulsuz əməliyyatını təşkil edən tibbi mərkəzin protestant dini cərəyanlarından olan adventizm nümayəndələri olmasıdır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top