"İş yerlərinin sayı artıb..." - YAP-çı deputat

MARAQLI 02 okt 2018, 23:03

Milli Məclisin deputatı Aydın Mirzəzadə Mingəçevirdə növbəti dəfə seçiciləri ilə görüşüb. Qəbula 40-ə yaxın seçici gəlmişdi. Deputat əvvəlcə onlarla elə görüş otağının qarşısında görüşdü. İnsanlar qəbula böyük ümidlə gəldiklərini bildirdilər. 


Deputat yeniavaz.com saytına açıqlamasında deyib: 


"Bu dəfə müraciətlərin mövzusunda müəyən qədər dəyişikliklər var. Əvvəllər insanlar müalicə, pensiya və yaxud işlə bağlı müraciət edirdilər. Onların sayı həddindən artıq azalıb. Sadəcə, indi şəxsi xarakterli məsələlərlə və yaxud məlumatlı olmadıqları məsələlərlə bağlı müraciət edirlər. Qəbul etdiyim hər bir insana müvafiq izahat və bir neçəsinin məsələsi ilə bağlı istiqamət göstərildi, bir neçəsinin məsələsi ilə bağlı idarələrə zənglər olundu. İldən-ilə insanlar qaldırdıqları məsələlərin istiqamətini dəyişirlər. Bu da ondan irəli gəlir ki, son dövrlərdə iş yerlərinin sayı artıb, insanlar öz hüquqlarını daha yaxşı bilməyə başlayırlar, müraciət etdikləri idarələrdə onlara qarşı bürokratik əngəllərin sayı xeyli azalıb və bu çox sevindiricidir. Bundan sonra da vaxtaşırı Mingəçevirdə seçicilərin qəbulunu keçirmək fikirindəyəm. İki gün Mingəçevirdə olacam və İcra Hakimiyyəti rəhbərliyi, şəhərin digər idarə rəhbərləri ilə görüşərək, onlarla qaldırılan problemlərin həlli ilə bağlı fikir mübadiləsi və bu kimi məsələləri müzakirə etmək fikirindəyəm".


"Vətəndaşların qaldırdıqları problemlər öz həllini tapırmı?" sualımıza millət vəkili belə cavab verdi: 


"Qaldırılan problemlərlə bağlı qeydiyyatlar götürürəm, bəzilərinin müalicəsi ilə bağlı xəstəxana rəhbərliyi ilə danışırıq, kimlərinsə təhsilində problemlər olur, oxuduqları universitetlərin rəhbərləri ilə danışıqlar olur, kadr hazırlığı məsələsində müəyyən məsələlər olur ki,onu həll etməyə çalışırıq. Bəzi məsələləri də elə yerindəcə telefonla həll etməyə çalışıram".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top