Əhalini aşağılayan reklam çarxı - "Bioform rəzilliyi" - VİDEO

HADİSƏ 02 okt 2018, 20:01

Bütün şirkətlər öz reklam çarxalarının xüsusi diqqət çəkməsi üçün müxtəlif üsullara əl atır. Bu yöndə ən ideal üsul kreativlik, sentimentallıq olsa da, reklam işində fərqli yollarla da diqqət çəkmək istəyən şirkətlər az deyil. Bu fərqlilik içində adətən ən çox diqqət çəkən üsul açıq-saçıqlıq olur. Lakin bütün bu üsullar reklam çəkilişlərinə xüsusi peşəkarlıqla yanaşdıqda effektiv olur. Əks halda bu tip çarxlar ən yaxşı halda izləyicilərdə qıcıq yaradır.


Xarici praktikada reklam görüntülərində bilərəkdən, yaxud naşılıqdan yanlışa yol vermiş şirkət məhkəməyə verilir, uyğun ittihamlarla qurumdan təzminat tələb edilir. 


Azərbaycanda son dönəmlərdə çəkilən reklam çarxlarından birində sadə vətəndaşlar aşağılanır, seçilən obrazlar məlumatsızlığına görə lağa qoyulur.


Söhbət "Bioform" şirkətinə məxsus, sosial şəbəkələrdə qıcıqdolu şərhlərlə paylaşılan məşhur reklam çarxından gedir. Bəli, məşhur. Bu məşhurluğa səbəb isə yuxarıda qeyd olunan keyfiyyətlər deyil, sadə vətəndaşların aşağılanmasıdır. Bu aşağılanma səbəbilə videoçarx sosial şəbəkədə xeyli populyarlıq qazanıb.

 

Картинки по запросу Bioform tea


Çarxda 3 gənc qız şəhərdə gəzərək müxtəlif şəxslərə "Bioformunuz varmı?" sualını verir. Bu məhsuldan xəbərsiz olan sadə vətəndaşlara isə istehza olunur. Qızlar həmin şəxslərə lağ edir, aşağılayıcı formada gülərək keçirlər. Sonda isə onlar aptekə daxil olaraq satıcıya da eyni sualı verirlər. Onlara alternativ məhsul təqdim edən satıcıya isə "Siz onu başqasına verin!" deyərək, daha bir aşağılayıcı ifadəyə yol verirlər. 


Reklam çarxının qeyri-peşəkarlığı bununla bitmir: çarxda vətəndaşların "Bioform"dan xəbərsiz olmaları, həm də bu məhsulun heç kim tərəfindən alınmamasının göstəricisidir. Hansı ki, reklam çarxını hazırlayanlar bu məqamı nəzərə almayıb.


Təsadüfi deyil ki, "BioformTea"nin öz "Youtube" hesabında da sözügedən çarx kəskin tənqid olunur. Reklam çarxı 102 istifadəçi tərəfindən "unlike" edilib. Bu görüntülərə baxan şəxslərdən cəmi 21 nəfər "like" düyməsini klikləyib.

 


Şirkətin bununla bağlı mövqeyini dərc etməyə hazırıq.(GoldNews.az)​

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top