Tanınmış müğənni Pərvizlə Türkanı yıxıb-sürüdü: "Onlar küçə müğənniləridir”

MARAQLI 02 okt 2018, 16:42
Azərbaycan musiqisi bərbad günə qoyulub. Bədii Şura ləğv olunandan sonra hərə 1-2 manat pul verib, ağzına gələni efirlərdə oxuyur. Müvafiq qurumlar bunun qarşısını almır, çünki başları pul qazanmağa qarışıb”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Əli Mirəliyev söyləyib.
 
 
Onun sözlərinə görə, bir cəmiyyətdə ki, Pərvizlə Türkan reytinq qırır, o ölkədə musiqinin mövcudluğundan danışmaq ayıbdır:
 
"Üzeyir Hacıbəyovun yaratdığı milli musiqimiz "qaqaşlar”ın, üzeyirlərin ümidinə qalıb. Meyxanaçı meyxana deməlidir, daha atdanıb-düşməməlidir. Bu adamlar meyxanaçı, musiqiçi deyillər, küçə müğənniləridir. Bütün dünyada bu var. Amma başqa ölkələrdə belə adamları efirə çıxarmırlar. Bizdə isə nə vaxt baxırsan, efirdə bunlardır. Yüngül mahnılar həmişə maraqla qarşılanıb. Çünki cəmiyyətdə yüngül adamlar çoxdur. Artıq bunlara dur deməyin zamanıdır”.
 
"Bəs nəyə görə, aparıcısı olduğunuz verilişə belə müğənnilər çıxır və niyə onların üzünə bunu demirsiniz” sualına cavabında müğənni bildirdi ki, bu onun iradəsindən asılı olan məsələ deyil: "Mən orda işləyirəm. Çünki başqa iş tapa bilmirəm. Həmin müğənnilər ödəniş edib verilişə çıxırlar. Mən onları qova bilmərəm ki!? Məcburuq ki, yola verək. Sadəcə yola veririk onları”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top