Binədəki qəzada yaralılardan daha biri öldü - RƏSMİ

HADİSƏ 02 okt 2018, 13:23

DİN Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

DİN-dən verilən məlumata görə, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi "Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub.

 

Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər.

 

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top