“İşğal tarixlərinin qeyd olunmasına son qoymaq lazımdır...” - Akif Nağı

SİYASƏT 02 okt 2018, 12:05
Bu gün işğal altında olan daha bir rayonumuz Xocavəndin işğal günüdür. Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də erməni birləşmələri tərəfindən işğal edilib. 
 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Moderator.az-a açıqlamasında bildirdi ki, torpaqlarımızın işğal gününü qeyd etmə ənənəsinə son qoymalıyıq:
 
“İşğal günləri ilə bağlı daha sözümüz qurtarıb. Nə qədər dözmək olar, adam xəcalət çəkir. Ermənilər də getdikcə quduzlaşırlar. Söhbət ondan gedir ki, cəmiyyətdə bir barışmazlıq əhval-ruhiyyəsi olmalıdır. Cəmiyyətin içində bu kimi adamlar var. Ermənilər də özlərini çox həyasız şəkildə aparırlar, yəni Dağlıq Qarabağın üzərində uçuşlər təşkil edirlər, Paşinyan BMT-nin tribunasından Naxçıvana iddia irəli sürür. Ona görə də bunun qarşısı alınmalıdır və bunun da yolu ancaq müharibədir. Təbii ki, burda Rusiya amili var, elə bil ki, Ermənistana qarşı müharibə aparsaq Rusiyaya qarşı müharibə başlayırıq. Rusiyanı neytrallaşdırmağın yolun da tapmaq lazımdır. Amerika Rusiyanı neytrallaşdırmaq istəmədi. Amerika və Rusiya Qarabağ məsələsində eyni mövqedən çıxış etdilər. Bunun yolu İslam dünyasında mütəffiq tapmaqdır. İşğal tarixlərinin qeyd olunmasına son qoymaq lazımdır. Sonra erməniləri o torpaqlardan çıxarmaq qeyri-mümkün olacaq. İndi də əlverişli vəziyyət yaranıb, Ermənistanda vəziyyət qarışıb. Ermənistan bilmir Rusiyanın tərəfindədi, yoxsa Amerikanın tərəfindədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top