Azərbaycanda beş min manat maaşı olan iş yerləri var - VİDEO

İQTİSADİYYAT 02 okt 2018, 10:39

Azərbaycanın əmək bazarında maaşı 2-5 min manat olan yüzlərlə iş yeri var. Bu peşələrin əksəriyyəti İT, neft-qaz sahəsinə aid olsa da, aralarında ənənəvi peşələrə də rast gəlinir. Məsələn, hazırda Azərbaycanda kənd təsərrüfatı üzrə ixtisaslaşan peşəkar mütəxəssisə əvvəlkindən bir neçə dəfə yüksək maaş təklif olunur.

Bundan başqa, yüksək gəlirli, İKT sahəsində çalışanlar da ən çox maaş alan siyahısındadır.

Mütəxəssis Mahir Qarayev deyir ki, əmək bazarında olan bir sıra sahələrdə peşəkar kadrlara yüksək tələbat var.

Göründüyü kimi, əməkhaqqına təsir edən əsas məsələ əmək bazarındakı tələb-təklifdir. Hazırda isə iqtisadiyyatın prioritet və perspektiv vəd edən sektorlarında savadlı mütəxəssislərə ciddi ehtiyac yarandığı üçün ölkə standartlarından xeyli yüksək olan maaşlı işlərə rast gəlmək mümkündür.

Demokrat.Az “Xəzər” TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top