Bakıda avtobus qatarla toqquşdu - 1 ölü, 20 yaralı (FOTOLAR)

HADİSƏ 01 oktyabr 2018, 15:01

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

 

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

 

Belə ki, qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

 

Ölən və yaralananlar var. Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir. 

 

Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top