“Dağlıq Qarabağda daş üstünə qoyulan hər bir daş atəşkəsin pozulmasıdır” - Sərdar Cəlaloğlu

SİYASƏT 01 okt 2018, 15:14
Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində apardıqları tikinti işləri – bu ərazilərdə məktəblərin, kilsələrin, xəstəxanaların, hərbi istehkamların inşası, yolların çəkilməsi və s. ölkəmizdə hər zaman ciddi narahatlıqla izlənməkdədir. 
 
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə,  Dağlıq Qarabağda daş üstünə qoyulan hər bir daş qanunla atəşkəs rejiminin pozulmasıdır və Azərbaycan bu prosesdə sadəcə müşahidəçi olmamaldıır:
 
“ Artıq xeyli müddətdir ki, ermənilərin Qarabağda məskunlaşdırılması prosesi davam edir. Moderator.az-da ermənilərin Dağlıq Qarabağda gördüyü işlərlə bağlı yüzlərlə informasiya var. Oranı necə abadlaşdırdıqları, erməniləri bura necə köçürdükləri bu məlumatlarda əks olunur. Halbuki, atəşkəs rejimin şərtlərinə görə, atəşkəs dövründə ermənilərin bu ərazilərdə istehkala rtikməsi, məskunlaşdırma aparması və s. qadağandır. Atəşkəs rejimi yalnız təmas xəttində avtomatdan, yaxud hər hansı bir silahdan atəş açmaqla pozulmur. Işğaldajkı ərazinin ilhaq edilməsi, burada hər hansı bir işin aparılması da atəşkəs rejiminin pozulmasıdır. Biz Qarabağın ilhaqına sadəcə müşahidəçi qismində yanaşa bilmərik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top