Deputat işdən çıxarılan məmurların müdafiəsinə qalxdı

SOSİAL 01 okt 2018, 12:57

“Azərbaycanda “Məmurların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsinə ciddi ehtiyac var. Azərbaycanda tez-tez kadr dəyişiklikləri olur. Son zamanlar ölkə prezidenti tərəfindən gənc kadrların vəzifəyə təyin olunmasının ənənəsi qoyulub”.


“Ölkə.Az” xəbər verir ki, bunu parlamentdə Milli Məclisinin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planın müzakirəsi zamanı deputat Fazil Mustafa təklif edib. 


 
Deputat bildirib ki, mətbuatda tez-tez nazirliklərdə məmurların işdən çıxarılması haqda xəbərlər yayılır: 


 
“Biz bu kimi hallara görə, məmurların hüquqlarını müdafiə edən qanun hazırlamalıyıq. Məmurların əksəriyyəti qanunlarla işləmək istəyən dürüst insanlardır. Ancaq rəhbər şəxs vəzifəsinə təyin olunan bir şəxs həmin yerdə dəyişiklik edir. Həmin məmurları işdən çıxarır. Bu isə yolverilməzdir axı. Çünki bir peşəkar məmurun hazırlanmasına 10-15 il vaxt sərf olunur. Bəlkə cənab prezident rəhbər təyin etdiyi şəxslər qarşısında belə bir tapşırıq qoysun ki, 6 ay ərzində heç kimə toxunmasınlar. Hesab edirəm ki, məmurun qorunması mexanizmi vacibdir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top