Narkoloji Mərkəzdəki yanğınla bağlı həbs edilən vəzifəli şəxs vəfat etdi

HADİSƏ 01 oktyabr 2018, 12:15

Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən həkim Azad Ələkbərov vəfat edib. 

Bu barədə Oxu.Az-a A. Ələkbərovun vəkili Fuad Ələkbərov məlumat verib. 

O deyib ki, A.Ələkbərov Müdafiə Nazirliyinin Hospitalında sentyabrın 28-dən 29-na keçən gecə vəfat edib. Vəkilin sözlərinə görə, A.Ələkbərov bir müddət əvvəl infarkt keçirib. 

Qeyd edək ki, A. Ələkbərov Mərkəzin şöbə müdiri vəzifəsində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top