Milli Məclisin payız sessiyası başlayıb

SİYASƏT 01 okt 2018, 09:24

Milli Məclisin (MM) növbəti - 2018-ci il payız sessiyası oktyabrın 1-də öz işinə başlayıb.

 

Payız sessiyasının ilk plenar iclası öz işinə dövlət himninin oxunması və səslənməsi ilə start verib.

 

Qeyd edək ki, daha çox büdcə sessiyası kimi tanınan payız sessiyası dekabr ayının 30-dək fasilələrlə davam edəcək.


Sessiya dövründə (təxminən noyabr ayında) 2019-cu ilin dövlət büdcəsi zərfi əvvəlcə komitələrdə, sonra isə plenar iclaslarda müzakirə edilərək, qəbul olunacaq.

 

Sessiyanın ilk plenar iclasının gündəliyinə 60-dan çox məsələ daxil edilib.

 

İlk iclasda payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, qanun layihələri müzakirələrdən keçirilərək, birinci oxunuşda qəbul ediləcək (Olke.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top