Ermənilər Zəngilanın yeni görünütlərini yaydı — FOTOLAR

MARAQLI 30 sen 2018, 12:39

Ermənilər Azərbaycanın işğal olunmuş Zəngilan rayonunun Cahangirbəyli kəndinin yeni görünütlərini yayıb. 


Demokrat.Az xəbər verir ki, işğalçı Ermənistan Cahangirbəyli kəndinin adını dəyişərək Van qoyublar. 


Ermənilərin yaydığı məlumata görə, 130 nəfər sakini olan bu kənddə hazırda 31 ev var. 


Ötən il isə burada 5 uşaq doğulub. Hazırda qədim Azərbaycan kəndi olan Cahangirbəyli məktəbində 38 uşaq təhsil alır. 


Ermənilər bildirir ki, 2018-ci ildə kənd sakinləri 60 hektar ərazidə qarpız əkərək 2000 ton məhsul götürüblər.

 

Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top