Fəzail Ağamalı: "İtlərin hürməsi, çaqqalların ulaması karvanımızı dayandıra bilməyəcək"

GÜNDƏM 14 avq 2020, 11:34

Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı “İTLƏRİN HÜRMƏSİ, ÇAQQALLARIN ULAMASI KARVANIMIZI DAYANDIRA BİLMƏYƏCƏK” adlı məqalə ilə çıxış edib. Fəzail Ağamalı xarici ölkələrdən birində sığınacaq tapmış Qurban Məmmədovu Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin sifarişini yerinə yetirməkdə ittiham edib.

 

AKTUAL TV xəbər verir ki, millət vəkili yazısında bunları bildirib:


“Dünya ermənilərinin içərisində yer alan milli satqınların, dövlətçiliyimizə qənim kəsilən 5-ci kalonun aparıcı missionerlərinin müdafiəçisi rolunda çıxış edən, ləyaqətini pula satan Qurban Məmmədov məni də hədəfə aldı.


Namussuzluğu, nakişiliyi və şərəfsizliyi həyat tərzinə çevirən və bütün bunları alnına həkk etdirən Qurban Məmmədov Rəhim Qazıyevlə bağlı bir neçə ay öncə hər kəsin bildiyini və vaxtilə özünün də təkrar-təkrar dediklərini söylədiyimi bəhanə gətirərək, əslində Ramiz Mehdiyevin sifarişinə kölə sədaqətini nümayiş etdirdi.


Azərbaycanlılarda ərdə olan erməni qadınlarını azərbaycanlı xanımlardan üstün tutan bu anti-milli ünsür və həyyasız ləçər informasiya mübarizəsində ölkəmizin düşmənlərinə ayı xidməti göstərməkdədir.


Görünən və çıxarılan nəticə budur ki, Ramiz Mehdiyev ağalarının tapşırıqları ilə nəinki Azərbaycanda anti-milli, anti-dövlət və korrupsiyalaşmış şəbəkə yaratmış, eyni zamanda bu şəbəkəni Avropaya qədər uzada bilmişdir.


İllərdi Azərbaycana, dövlətçiliyimizə, Ulu Öndərimizə, cənab prezidentə və ailəsinə, dövlətçiliyimizə xidmət edən insanlara qarşı həm daxildən, həm də xaricdən sistemli və ardıcıl şəkildə çirkab yağdıran, böhtan, şər kompaniyasını aparan, ictimai-siyasi mühiti murdarlayan, milli-mənəvi dəyərlərimizi ayaqlar altına atıb, söyüş ritorikasından gen-bol istifadə edən murdar xislətli Qurbanlar hətta, öz ailələri və yaxınları tərəfindən zibil qutularında tullantı kimi qiymətləndirilməkdə, yer almaqda, onları idarə edənlərsə xüsusi statusla, cah-cəlalın içərisində yaşamaqda, Azərbaycana qarşı üzərlərinə götürdükləri missiyanı həyata keçirməkdədilər, bitib tükənməyən daxili çirkablarını ətrafa püskürməkdədirlər. Azərbaycan inkişaf edir, güclənir, onun Beynəlxalq nüfuzu durmadan artır, dövlətlə xalqın monolitliyi möhkəm təməl üzərində əhəmiyyətli töhvələrini verir. Dövlətçiliyimizi daha böyük uğurlara aparan müqəddəs yolumuzda itlərin hürməsi, çaqqalların ulaması böyük zirvələrə doğru irəliləyən karvanımızı dayandıra bilməyəcək.”, – deyə Fəzail Ağamalı vurğulayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top