"Ermənilər kimdir ki, torpaqlarımızı işğal etsin?" -Millət vəkili

SİYASƏT 29 sen 2018, 19:29
Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının 5-ci turunda iştirak edib. Kişilərdən ibarət Azərbaycan millisi erməniləri məğlub edib. 
 
Millət vəkili Çingiz Qənizadə Moderator.az-a açıqlamasında komandamızı təbrik edərək, ermənilərin havadarlarından da söz açdı: 
 
“Millimizə eşq olsun. Ermənilərin qəsbkarlıq və işğalçılıq siyasəti ilə idmanı müqayisə etmək istəmirəm. Ermənilər kimdir ki, torpaqlarımızı işğal etsin? Bu yaxınlarda yüz illiklə bağlı keçirdiyimiz hərbi paradda da gücümüzü göstərdik. Xatırlayırsınızsa, ermənilərin keçirdiyi paradda Rusiya qoşunlarının iştirakının şahidi olduq. Onlar istər orduda, istərsə də başqa sahələrdə güclü ola bilməzlər. Təbii ki, onlara dəstək verən çox qüvvətli dövlətlər var. Onlar torpaqlarımızı işğal etsə də bu, tək onların gücü ilə başa gəlməyib. Onlara dəstək verilib və bu gün də ermənilərə beynəlxalq aləmdə dəstək verilir. Amma bu idmandır biz məğlub da ola bilərik, qalib də gələ bilərik. Bizim millimiz erməniləri məğlub edib, bu, qürurvericidir və onlara eşq olsun”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top