"Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi hər iki ölkənin marağındadır" - Birinci vitse-spiker

SİYASƏT 28 sen 2018, 21:40

Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi hər iki ölkənin marağındadır.


Demokrat.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.


Ziyafət Əsgərov bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşləri son vaxtlar intensiv xarakter alıb. Bu da başa düşüləndir. Çünki Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və ölkələrimiz arasında müxtəlif sahələrdə sıx əlaqələr mövcuddur. Rusiya bizim üçün yaxın dost, qonşu dövlətdir. Rusiyanın regionları ilə də Azərbaycan arasında sıx əlaqələr var.


“İqtisadi münasibətimiz yüksələn xətlə inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə görüşü, Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi doğurdan da çox əlamətdar bir haldır. Əminəm ki, bundan sonra da Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etdiriləcək”, - deyə Milli Məclis sədrinin birinci müavini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top