“Kiminsə öz xəstəliyi hesabına başqa məqsədlər üçün millətdən pul toplaması biabırçılıqdır” - Rəşid Mahmudov

SOSİAL 28 sen 2018, 20:21
Efirlərimizdə həmişə ailə problemlərindən şou yaradılması və kimlərinsə öz xəstəliyindən istifadə edərək başqa məqsədlər üçün insanlardan pul toplaması, heç də cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
 
Həmişə tənqidi fikirləri ilə tanınan Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov Moderator.az-a açıqlamasında bu kimi adamların cəmiyyətdə şəxsiyyət kimi formalaşmadıqlarını bildirdi:
 
“Televiziyalarımızda bu kimi hadisələri nahaq edib şouya çevirirlər. Efirə çıxardıqları adamların şəxsiyyətini alçaldırlar. Bəzən də bunu adamlar özü istəyir, sevinir ki, onu televizorda göstərirlər. Televizyalarımız artıq həkim rolunu oynayır. Kiminsə öz xəstəliyi hesabına başqa məqsədlər üçün millətdən pul toplaması biabırçılıqdır. Bunu edən adamların özü cəmiyyətdə şəxsiyyət kimi formalaşmamış adamlardır”.
 
R.Mahmudov artıq belə verilişlərə çıxmadığını bildirib:
 
“Mən artıq belə verilişlərin heç birisinə çıxmıram və bundan sonra da çıxmayacam. Belə verilişlərdə milləti dilənçi kökündə təqdim etmək ayıbdır. Əvvəllər Xoşqədəm Hidayətqızının verilişində iştirak edirdim və onda doğrudan da insanlara kömək edirdi. Amma sonradan verilişi düzgün aparmadı”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top