"Görəsən, qalanını da ağlayıb yığaram?" Avtomobil almaq istəyən Caviddən ATMACA (FOTOLAR)

MARAQLI 28 sen 2018, 19:53

ATV-də yayımlanan "BizimləSən" verilişində əməkdar artist Tünzalə Əliyevanın mənzil kreditinin toplanması üçün başlanan yardım aksiyası bir çoxlarının qınaq obyektinə çevrilib. 

BAKU.WS-in məlumatına görə, bu dəfə aparıcı Cavid Gülün "Instagram" hesabında yazdığı status müzakirələrə səbəb olub. 

Belə ki, C. Gül bahalı avtomobil şəkli paylaşaraq, "İstəyirəm mən də son günlərin trendinə qoşulum. İmkan daxilində ilkin ödəniş edim, görəsən, qalanını da ağlayıb yığaram?" sözlərini yazıb. 
 

Aparıcının izləyiciləri isə qeyd ediblər ki, onun bu sözləri əməkdar artist Tünzalə Əliyevaya və aparıcı Zaur Baxşəliyevə ünvanlanıb. Bəziləri isə C. Gülə bu sözləri yazmağı yaraşdırmayıblar. 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top