Aşura günü qan verənlərdə QİÇS və sifilis aşkarlanıb

HADİSƏ 28 sen 2018, 15:29

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanın infeksiyalara görə müayinəsi aparılıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında  IFA (imunoferment) metodu ilə həyata  keçirilib.

Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. Bir nəfərdə QİÇS,  96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top