Orta aylıq əmək haqqı 528 manatı keçib - Nazir

SOSİAL 28 sen 2018, 14:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat Sığorta” ASC-lər arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

 

ƏƏSMN-dən Minval.info verilən məlumata görə, sənəddə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi əksini tapıb.

 

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi vətəndaş firavanlığına, sosial rifah halının yaxşılaşmasına nail olmaqdır.

 

Nazir qeyd edib ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım olub, orta aylıq əmək haqqı 528,2 manata çatıb. Bundan başqa, ölkdə yoxsulluq səviyyəsinin 5%-ə endiyini deyən nazir bunun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top