Baş prokuror: "Göyçayda körpünün uçması dövlətə 10 milyon manat ziyan vurub"

HADİSƏ 28 sen 2018, 13:44
 
Göyçay rayonunda körpünün uçması nəticəsində dövlətə dəyən 10 milyon manat zərər ödənilib.
 
Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
 
Z.Qaralov bildirib ki, faktla bağlı açılan cinayət işi əsasında yeddi nəfər məsuliyyətə cəlb olunub.
 
“Onlardan beşi hüquqi, ikisi isə fiziki şəxsdir. Hazırda bu iş üzrə məhkəmə istintaqı aparılır”.
 
Baş prokuror qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən araşdırmalar nəticəsində bu sahədə çoxsaylı qanun pozuntuları aşkar edilib. 
 
“17 cinayət işi məhkəmələrə göndərilib, dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib. Bu istiqamətdə işlər davam etdirilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top