Türkiyə ordusu 307 PKK terrorçusunu məhv etdi

HADİSƏ 27 sen 2018, 17:53

Türkiyə Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində  terror təşkilatı PKK-ya son 9 ayda çox ağır zərbə vurulub.

Demokrat.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərzurum, Ərzincan, Tunceli, Ağrı, Qars, Van, Muş, Bitlis, Hakkari və Bingöldə keçirilən əməliyyatlarda 6-sı qırmızı kateqoriyalı olmaqla 307 terrorçu zərərsizləşdirilib.

Məlumatda bildirilir ki, Türk Silahlı Qüvvələri , Polis Baş İdarəsi , Jandarm Ümumi Komandanlığı və Milli Kəşfiyyat Təşkilatının dəstəyilə ölkənin əmin-amanlığını pozmağa çalışan, körpələri belə hədəf almaqdan çəkinməyən terror təşkilatlarına qarşı amansız təqib və əməliyyatlarını qətiyyətlə davam etdirir.(Avropa.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top