Nazpəri onu qarət edənləri bağışladı - Şikayətini geri götürdü

KRİMİNAL 27 sen 2018, 16:39

Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

 

BakuPost xəbər verir ki, Xalq artisti özü məhkəməyə teleqram vurub və iclasda iştirak etməyib. Zərərçəkmiş ona dəymiş ziyanın ödənildiyini bildirib və ittiham olunan şəxslərdən şikayətçi olmadığını dilə gətirib. 

 

Növbəti məhkəmə prosesi oktyabrın 4-də olacaq.

 

Qeyd edək ki, 19 avqust 2017-ci ildə Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

 

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.


 
N.Dostəliyeva istintaqa ifadəsində deyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min funt-sterlinq maddi ziyan dəyib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top